İDMAN
UEFA Çempionlar Liqası: “Qarabağ” Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək
Bakı, 22 noyabr, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupu çərçivəsində noyabrın 22-də Ağdamın “Qarabağ” komandası növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, ağdamlılar qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcəklər.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyununun baş hakimi portuqaliyalı Manuel De Souzadır. Ona həmyerliləri Alvaro Meskquita və Rikardo Santos kömək edəcəklər.
Bu qrupun digər oyununda “Atletiko Madrid” doğma meydanda “Roma”nı qəbul edəcək.
“Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisinin “Atletiko Madrid” ilə hər iki görüşü heç-heçə başa çatıb – (0:0, 1:1)
Hesabında 8 xal olan “Roma” qrupda birinci pillədə qərarlaşıb. “Çelsi” 7 xalla ikinci, “Atletiko Madrid” 3 xalla üçüncü, hesabında 2 xalı olan “Qarabağ” isə sonuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]