İDMAN


UEFA Çempionlar Liqası: “Qarabağ”-“Ferentsvaroş” oyunu başlayıb

Bakı, 9 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam)-“Ferentsvaroş” (Macarıstan) oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç, Bəhlul Mustafazadə, Kadi Borges, Abdullah Zubir, Toral Bayramov, Ramil Şeydayev və İbrahima Vadji yer alıb.

“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Tokmak Nquen, Anderson Esiti, Adnan Kovaçeviç, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Rasmus Telander, Frank Boli və Aissa Laiduni çıxıb.

Budapeştdəki “Groupama Arena”da oynanılan matçı ispaniyalı baş hakim Karlos del Serro Qrande idarə edir.

Qeyd edək ki, bu qarşılaşmanın qalibi Çempionlar Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovada baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə əldə edib.

“Qarabağ”-“Ferentsvaroş” cütünün uduzan komandası isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya)–“Şkupi” (Şimali Makedoniya) qarşılaşmasının məğlub olan klubu ilə görüşəcək. Meydan sahibləri İrlandiyadakı ilk oyunda 3:1 hesablı qələbə qazanıblar.

Xatırladaq ki, “Qarabağ”ın Macarıstan çempionu ilə Bakıdakı ilk qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.