İDMAN


UEFA Çempionlar Liqası: “Qarabağ” - “Ferentsvaroş” oyunu başlayıb

Bakı, 3 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) - “Ferentsvaroş” (Macarıstan) oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Bədavi Hüseynov yer alıblar.

“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Sami Mmae, Mats Knuster, Tokmak Nquen, Anderson Esiti, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Frank Boli və Aissa Laiduni çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüşü isveçli baş hakim Andreas Ekberq idarə edir.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtı Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.