İDMAN


UEFA Çempionlar Liqası: “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupu çərçivəsində Ağdamın “Qarabağ” komandası bu gün növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin üçüncü turunda Ağdam təmsilçisi “Atletiko Madrid”i qəbul edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu fransalı baş hakim

Ruddi Buquet idarə edəcək. Ona həmyerliləri Guillaume Debart və Frederik Cano kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertrand Jouannaud yerinə yetirəcək. Matçın əlavə köməkçi hakimləri isə Amauri Delerue və François Letexierdir.

Qrupun digər oyununda isə “Çelsi” doğma meydanda “Roma”nı qəbul edəcək.

“Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub.

Hesabında 6 xal olan “Çelsi” qrupda birinci pillədə qərarlaşıb. “Roma” 4 xalla ikinci, “Atletiko Madrid” 1 xalla üçüncü, hesabında xal olmayan “Qarabağ” isə sonuncudur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.