İDMAN
UEFA Çempionlar Liqası: “Qarabağ” və “Atletiko Madrid” komandalarının start heyətləri açıqlanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda qarşılaşacaq “Qarabağ” və “Atletiko Madrid” komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli və Bədavi Hüseynov çıxacaqlar.
Madrid təmsilçisinin ilk on birliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Antonio Qrizman, Saul Nigez, Yannik Karrasko, Qabi, Şime Vrsaliko, Kevin Qameyro, Nikolas Qaytan və Xose Mariya Ximenes yer alıblar.
Saat 20:00-da başlayacaq onu görüşü fransalı baş hakim Ruddi Buquet idarə edəcək.