İDMAN


UEFA Çempionlar Liqası: “Real Madrid” səfərdə məğlub olub

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma erkən başlayıb.

Turnirin favoriti sayılan “Real Madrid” klubu səfərdə Ukraynanın “Şaxtyor Donetsk” komandasının qonağı olub. “Olimpiyskiy” stadionunda baş tutan görüş gözlənilmədən meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Donetsk təmsilçisinin heyətində Detinyo və Manor Solomon fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 7-yə çatdıran “Şaxtyor” turnir cədvəlində ikinci yerə yüksəlib. “Real Madrid” eyni xala malikdir, lakin ukraynalılar ilə şəxsi oyunlarına görə qrup üçüncüsüdür.

Bu qrupun digər oyununda “Borussiya Mönhenqladbax" (Almaniya) öz meydanında “İnter” (İtaliya) komandasını qəbul edəcək.

Günün digər görüşündə Rusiyanın “Lokomotiv” klubu öz meydanında Avstriyanın “Zaltsburq” komandasını qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunda “Zaltsburq” 4 xalla üçüncü, üç xalı olan “Lokomotiv” isə dördüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.