İDMAN


UEFA Çempionlar Liqası: “Tottenhem” sonuncu dəqiqədə qələbəni əldən verib

Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 24-də UEFA Çempionlar Liqasının üçüncü turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu səfərdə Niderlandın PSV klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri açıb. İngilisləri əks hücumda yaxalayan Hirving Lozano adını tabloya yazdırıb - 1:0. Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış “Tottenhem” klubu hesabı bərabərləşdirib. Belə ki, Kristian Eriksen, Kiran Tripyer və Lukas Maura kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayıb - 1:1. Birinci hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsinin 55-ci dəqiqəsində ingilislərin əsas qol silahı sayılan Hari Keyn Kristian Eriksenin cinah ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:2. Matçın 79-cu dəqiqəsində londonluların qapıçısı Higo Loris kobud oyununa görə hakim tərəfindən qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 87-ci dəqiqəsində PSV klubu yenidən hesabı bərabərləşdirib. Luk de Yonq oyunda son nöqtəni qoyub.

Digər oyun Belçikada keçirilib. “Brügge” doğma meydanda “Monako” (Fransa) klubunu qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.