İDMAN


UEFA Çempionlar Liqası: “Yuventus” səfərdə, “Bavariya” isə öz meydanında qələbə qazanıb

Bakı, 7 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 6-da UEFA Çempionlar Liqasının dördüncü turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun gününün start oyununda İtaliyanın “Yuventus” klubu səfərdə Rusiyanın “Lokomotiv” komandasını qəbul edib.

Görüş Turin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda Almaniya çempionu “Bavariya” öz meydanında Yunanıstanın “Olimpiakos” klubunun qapısından iki cavabsız top keçirib.

D qrupunun ikinci görüşü Almaniyada baş tutacaq. “Bayer Leverkuzen” öz meydanında İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edəcək.

B qrupunun digər görüşündə “Srevena Zvezda” (Serbiya) doğma azarkeşlər önündə İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.