İDMAN


UEFA Çempionlar Liqası: “Yuventus” və “Real” növbəti mərhələyə vəsiqə qazanıb

Bakı, 28 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 27-də UEFA Çempionlar Liqasının 5-ci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliyada baş tutub. Turnirin son qalibi İspaniyanın "Real Madrid" klubu səfərdə "Roma" ilə üz-üzə gəlib. Görüş Madrid təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb. "Kral" klubunun heyətində Qaret Beyl və Lukas Vasqez fərqləniblər. Bu qələbədən sonra "Real Madrid" klubu növbəti mərhələyə vəsiqə qazanıb. Komandaların ilk oyunu 3:0 Madrid təmsilçiləri xeyrinə başa çatmışdı.

Qrupun digər matçında isə Rusiya CSKA klubu doğma meydanda Çexiyanın "Viktoriya" komandasına məğlub olub - 1:2.

"G" qrupunda olan xal durumu: "Real Madrid" (12), "Roma" (9), "Viktoriya Plzen" (4), CSKA (4).

Günün digər maraq doğuran oyunu Turində "Yuventus" və İspaniyanın "Valensiya" klubu arasında baş tutub. Matç meydan sahiblərinin

minimal hesabla qələbəsi ilə başa çatıb (1:0).

Qrupun digər görüşündə isə İngiltərənin "Mançester Yunayted" klubu da doğma azarkeşlər önündə İsveçrənin "Yanq Boyz" komandasını məğlub edib (1:0).

"H" qrupunda olan xal durumu: "Yuventus" (12), "Mançester Yunayted" (10), "Valensiya" (5), "Yanq Boyz" (1).

Turun digər oyunlarında növbəti oyunlar:

E qrupu

AEK (Yunanıstan) - "Ayaks" (Niderland) - 0:2,

"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:1.

Xal durumu: "Bavariya" (13), "Ayaks" (11), "Benfika" (4), AEK (0).

F qrupu

"Lion" (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2,

"Hoffenhaym" (Almaniya) - Şaxtyor (Donetsk, Ukrayna) - 2:3.

Xal durumu: "Mançester Siti" (10), "Lion" (7), "Şaxtyor" (5), "Hoffenhaym" (3).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.