İDMAN


UEFA Çempionlar Liqası: "Olimpiakos"-"Neftçi" oyunu başlayıb

Bakı, 21 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Olimpiakos" (Yunanıstan) və "Neftçi" (Bakı) komandaları arasında matç başlayıb.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçiriləcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edir.

Bakı təmsilçisinin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Mert Çelik və Yusuf Laval yer alıblar.

"Olimpiakos"un heyətində isə Konstantinos Tsolakis, Ruben Semedu, Məhəmməd Kamara, Andreas Buxalakis, Ahmed Hassan, Tanasis Andrutsos, Pyer Kunde, Giorqos Masuras, Svetozar Markoviç, Oleq Ryabçuk və Lazar Ranceloviç meydana çıxıblar.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda təşkil olunacaq.

"Neftçi" Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayıb.

Cütün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.