İDMAN


UEFA Çempionlar Liqası: "Sevilya" "Mançester Yunayted"lə heç-heçə edib, “Şaxtyor” isə “Roma üzərində qələbə qazanıb

Bakı, 22 fevral, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, İngiltərə təmsilçisi “Mançester Yunayted” İspaniyanın “Sevilya” klubunun qonağı olub.

Oyunun hər iki hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də hesab açılmayıb.

Digər oyunda isə Ukraynanın “Şaxtyor” klubu İtaliya təmsilçisi “Roma”nı qəbul edib. Qarşılaşmada hesab 41-ci dəqiqədə açılıb. Cengiz Under qonaqları hesabda önə çıxarıb.

Birinci hissədə qapılara əlavə qol vurulmayıb.

Fasilədən sonra meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Facundo Ferreyra oyunun 52-ci dəqiqəsində fərqlənib. Üstünlüyü ələ alan meydan sahibləri 71-ci dəqiqədə Fredin vurduğu qolla hesabda önə çıxıb.

Beləliklə, oyun "Şaxtyor"un qələbəsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.