İDMAN


UEFA Çempionlar Liqası: "Sürix" - "Qarabağ" oyununda birinci hissə başa çatıb

Bakı, 27 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyunları çərçivəsində İsveçrədə keçirilən "Sürix" - "Qarabağ" oyununda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Letsiqrund” stadionunda oynanılan matçın birinci hissəsi "Sürix"in minimal üstünlüyü ilə başa çatıb - 1:0. Belə ki, Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.

Bakıdakı ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzun komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.