İDMAN


UEFA Çempionlar Liqası: "Sürix" ilə oyunda "Qarabağ" hesabı bərabərləşdirib

Bakı, 27 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının ikinci turunun cavab oyunları çərçivəsində İsveçrənin "Sürix" klubu ilə səfər oyununda Ağdamın “Qarabağ” klubu hesabı bərabərləşdirib.

AZƏRTAC xəbər verir ki, “Letsiqrund” stadionunda keçirilən matçın 56-cı dəqiqəsində "Qarabağ"ın oyunçusu Kadi Borges fərqlənib - 1:1.

Oyunda hesabı da "Qarabağ" açıb. Belə ki, Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.

Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.

Bakıdakı ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzun komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.