İDMAN
UEFA Çempionlar Liqası: "Sürix" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Bakı, 27 iyul, AZƏRTAC
İsveçrədə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində üz-üzə gələcək "Sürix" və "Qarabağ"ın klublarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, meydan sahiblərinin start heyətində Yanik Brexer, Lindrit Kamberi, Adrian Gerrero, Fidan Aliti, Ule Selnes, Antonio Markesano, Şeyk Konde, Nikola Boraniyaşeviç, Vilfred Qnonto, Fabian Roner və Mirlind Kryeziu yer alıblar.
"Qarabağ"ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina çıxacaqlar.
Qeyd edək ki, bu gün Sürixdəki "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.