İDMAN


UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası məlum olub

Bakı, 29 aprel, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

AZƏRTAC xəbər verir ki, rəmzi komandaya İngiltərənin “Mançester Siti” klubundan 5 futbolçu düşüb.

Heyətdə qapıçı: Ederson (“Mançester Siti”), müdafiəçilər - Markinyos (PSJ, Fransa), Eder Militao (“Real Madrid”, İspaniya), Antonio Rüdiger (“Çelsi”, İngiltərə), Aleksandr Zinçenko (“Mançester Siti”), yarımmüdafiəçilər - İlkay Gündoğan, Kevin De Bröyne, Riyad Mahrez (hər üçü “Mançester Siti”), Kristian Pulişiç (“Çelsi”), Anxel Di Mariya (PSJ), hücumçu - Kərim Benzema (“Real Madrid”) yer alıblar.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarında “Çelsi” İspaniyada “Real”la 1:1 hesablı heç-heçə edib, “Mançester Siti” isə Fransada PSJ-yə qalib gəlib – 2:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.