İDMAN


UEFA Çempionlar Liqasında qrup mərhələsinin beşinci turunun ən yaxşı qolu və oyunçusu müəyyənləşib VİDEO

Bakı, 2 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun ən yaxşı qolu müəyyənləşib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun ulduz hücumçusu Ariyen Robben doğma meydanda Portuqaliyanın “Benfika” komandasının qapısına vurduğu top azarkeşlər arasında keçirilən sorğu nəticəsində həftənin ən yaxşı qolu seçilib. Hollandiyalı futbolçunun matçın 13-cü dəqiqəsində vurduğu qol sorğu iştirakçılarının 42 faizinin səsini toplayıb.

Fransanın “Lion” klubunun hücumçusu Maksvel Kornenin “Mançester Siti”ya vurduğu qol 37 faiz səslə ikinci olub. Üçüncü yerdə isə “Hoffenhaym”ın yarımmüdafiəçisi Andrey Kramariç “Şaxtyor Donetsk” ilə matçın 17-ci dəqiqəsində vurduğu qol olub. Bu qol 14 faiz səs toplayıb. Sonuncu namizəd “Napoli”nin hücumçusu Dris Mertens isə 7 faiz səslə dördüncü yerdə qərarlaşıb.

UEFA, həmçinin Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb. “Barselona”nın əsas qol silahı sayılan Lionel Messi turun ən yaxşı oyunçusu seçilib. O, “Bavariya”nın hollandiyalı hücumçusu Ariyen Robbeni, “Lion” klubunun hücumçusu Maksvel Korneni və “Napoli”nin belçikalı futbolçusu Dris Mertensi qabaqlayıb.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın səfərdə PSV-ni (Niderland) 2:1 hesabı ilə məğlub etdiyi matçda bir qol və məhsuldar ötürmə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.