İDMAN


UEFA Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun ən yaxşı qolu müəyyənləşib

Bakı, 10 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı qolu müəyyənləşib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun ulduz hücumçusu Kriştianu Ronaldu doğma meydanda İngiltərənin “Mançester Yunayted” komandasının qapısına vurduğu top azarkeşlər arasında keçirilən sorğu nəticəsində həftənin ən yaxşı qolu seçilib. Portuqaliyalı futbolçunun matçın 65-ci dəqiqəsində vurduğu qol sorğu iştirakçılarının 42 faizinin səsini toplayıb.

“Mançester Siti”nin gənc hücumçusu Rəhim Sterlinqin “Şaxtyor Donetsk”a vurduğu qol 37 faiz səslə ikinci olub. Üçüncü yerdə isə “Srevena Zvezda” klubunun hücumçusu Milan Pavkov “Liverpul” ilə matçın 29-cu dəqiqəsində vurduğu qol olub. Bu qol 21 faiz səs toplayıb.

Xatırladaq ki, UEFA noyabrın 9-da UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb. “Tottenhem”in əsas qol silahı sayılan Hari Keyn turun ən yaxşı oyunçusu seçilib. O, “Srvena Zvezda”nın serbiyalı hücumçusu Milan Pavkovu, “Real Madrid”in fransız hücumçusu Kərim Benzemanı və “Mançester Siti”nin mərakeşli yarımmüdafiəçisi Riyad Mahrezi qabaqlayıb.

Qeyd edək ki, Hari Keyn “Tottenhem”in doğma meydanda PSV-ni (Niderland) 2:1 hesabı ilə məğlub etdiyi matçda dubl etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.