İDMAN


UEFA Çempionlar Liqasının beşinci turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Bakı, 3 dekabr, AZƏRTAC

Dekabrın 3-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun ən yaxşı futbolçusu adına namizədlərin adları açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin beşinci turu çərçivəsində keçirilən oyunların nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu adına Olivye Jiru (“Çelsi”), İrfan Kahveci (“Başakşəhər”), Merqim Beriş (“Zalsburq”) və Rumelu Lukaku (“İnter”) iddialıdırlar.

O.Jiru komandasının İspaniyanın “Sevilya” klubunu 4:0 hesabı ilə məğlub etdiyi görüşdə bütün qolların müəllifi olub. İ.Kahveci evdə Almaniyanın “Leyptsiq” komandasına 3:4 hesabı ilə uduzduğu matçda het-trik edib. M.Beriş komandasının Moskvada “Lokomotiv” klubuna 3:1 hesabı qalib gəldiyi oyunda dubl edib. R.Lukaku isə “İnter”in səfərdə Almaniyanın “Borussiya Mönhenqladbax” komandasına 3:2 hesabı ilə qalib gəldiyi görüşdə iki dəfə fərqlənib.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.