İDMAN
UEFA Çempionlar Liqasının beşinci turunun ən yaxşı qolunun müəllifi kim olacaq?
Bakı, 29 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 29-da UEFA Çempionlar Liqasının beşinci turunun ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, həftənin ən yaxşı qolu nominasiyasının qalibi “Lion”un hücumçusu Maksvel Kornenin “Mançester Siti”nin, “Bavariya”nın hücumçusu Arien Robbenin “Benfika”nın, “Hoffenhaym”ın yarımmüdafiəçisi Andrey Kramariçin “Şaxtyor”un, “Napoli”nin futbolçusu Dris Mertensin isə “Srvena Zvezda”nın qapısından keçirdiyi qollar arasından seçiləcək.
Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində dekabrın 2-də müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]
Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər
- 28.03.2024 [12:17]
Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib
- 28.03.2024 [11:56]
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.03.2024 [11:44]
Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər
- 28.03.2024 [09:25]