İDMAN


UEFA Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun oyunlarına yekun vurulub

Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 15-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirin sonuncu finalçısı, A qrupunda yer alan “Mançester Siti” İngiltərədə Almaniyanın “Leyptsiq” komandasını sınağa çəkib. Görüş 6:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Lionel Messi ilə heyətini gücləndirən Fransanın “Paris Sen-Jermen” klubu Belçikada “Brügge” ilə gözlənilmədən heç-heçə edib - 1:1.

Gecənin ən maraqlı oyunlarından biri D qrupunda yer alan İspaniyanın “Real Madrid” və İtaliyanın “İnter” klubları arasında baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşün taleyini 90-cı dəqiqədə “Real Madrid” klubunun futbolçusu Rodriqonun vurduğu qol həll edib.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) - 6:3;

“Brügge“ (Belçika) – „Paris Sen-Jermen“ (Fransa) - 1:1.

B qrupu

“Atletiko Madrid” (İspaniya) – “Portu” (Portuqaliya) - 0:0;

"Liverpul” (İngiltərə) - “Milan” (İtaliya) - 3:2.

C qrupu

“Beşiktaş“ (Türkiyə) – “Borussiya Dortmund” (Almaniya) - 1:2;

“Sportinq” (Portuqaliya) - “Ayaks” (Niderland) - 1:5.

D qrupu

“Şerif” (Moldova) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:0;

“İnter” (İtaliya) - “Real Madrid” (İspaniya) - 0:1.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.