İDMAN
UEFA Çempionlar Liqasının birinci turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb
Bakı, 19 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 19-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
AZƏRTAC UEFA-ın saytına istinadla xəbər verir ki, qrup mərhələsinin birinci turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına norveçli Erlinq Braut Haalland (“Zaltsburq”, Almaniya), almaniyalı qapıçı Mark Ter Şteqen (“Barselona”, İspaniya), argentinalı yarımmüdafiəçi Anxel Di Maria (“Paris Sen-Jermen”, Fransa) və xorvatiyalı hücumameyilli yarımmüdafiəçi Mislav Orsiç (“Dinamo Zaqreb”, Xorvatiya) iddialıdırlar.
Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində sentyabrın 20-də müəyyənləşəcək.