İDMAN
UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum olub
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 19-da keçirilən iki oyunla UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Barselona” ilə “Yuventus” “Nou Kamp” stadionunda üz-üzə gəlib. Oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Beləliklə, öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gəlmiş “Yuventus” klubu adını yarımfinala yazdırıb.
Günün digər matçı isə Fransada keçirilib. “Monako” öz meydanında “Borussiya Dortmund”u qəbul edib və rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Səfərdə də rəqibindən üstün olan (3:2) “Knyazlıq klubu” yarımfinala yüksəlib.
Beləliklə, UEFA Çempionlar Liqasının yarımfinalında bu komandalar mübarizə aparacaq :
“Real” (Madrid, İspaniya), “Atletiko” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya).
Yarımfinal mərhələsinin püşkü aprelin 21-də atılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]