İDMAN


UEFA Çempionlar Liqasının final oyunu Portuqaliyada keçirilə bilər

Bakı, 11 may, Nicat Məmmədov, AZƏRTAC

UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhəri əvəzinə Portuqaliyanın Portu şəhərində keçirilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə italiyalı jurnalist şəxsi “Twitter” səhifəsində yazıb. O, rəsmi qərarın yaxın 24 saat ərzində açıqlanacağını bildirib.

Finalda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları qarşılaşacaq. Daha əvvəl bu matçı Londondakı “Uembli” stadionu və ya Portuqaliyanın paytaxtı Lissabondakı arenalardan birinin qəbul edəcəyi iddia olunurdu.

Məlumat təsdiqlənsə, final qarşılaşması mayın 29-da “Draqau” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.