İDMAN


UEFA Çempionlar Liqasının final oyunundan sonra 18 azarkeş saxlanılıb

Kiyev, 27 may, AZƏRTAC

UEFA Çempionlar Liqasının final oyunundan sonra azarkeşləri təxribata çəkmək istəyən 18 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna Milli Polisinin Kiyev Baş İdarəsinin rəisi Andrey Krişenko məlumat verib.

Onun sözlərinə görə, oyunu stadiondan 50 min nəfər izləyib və onların stadiona girişi-çıxışı üçün müvafiq şərait yaradılıb.

“Stadiona axın zamanı azarkeşlər arasında iki dəfə qarşıdurma yaransa da, polisin müdaxiləsi ilə insident aradan qaldırılıb”, - deyə A.Krişenko əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.