İDMAN


UEFA Çempionlar Liqasının ikinci finalçısı müəyyənləşəcək

Bakı, 5 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 5-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cavab oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla da turnirin ikinci finalçısı müəyyənləşəcək. İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” komandaları həlledici qarşılaşmaya sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. İlk oyunda 1:1 hesablı heç-heçəyə nail olan “zadəganlar” Londonda bu üstünlükdən yararlanmağa çalışacaqlar.

İtaliyalı FIFA referisi Daniele Orsatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Meydan sahiblərinin heyətində ciddi itki yoxdur. Mateo Kovaçiçin oynayıb-oynamayacağı sual altındadır. Qonaqlarda isə zədədən əziyyət çəkən Dani Karvahal və Lukas Vaskesin matçı buraxacaqları dəqiqləşib. Rafael Varanla Ferlan Mendinin meydana çıxıb-çıxmayacağı isə bilinmir.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin ilk finalçısı ötən gün “Paris Sen-Jermen”i iki oyunun nəticəsinə əsasən məğlub edən (2:1, 2:0) “Mançester Siti”dir. Mançester təmsilçisi klub tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.