İDMAN
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri keçiriləcək
AZƏRTAC xəbər verir ki, qardaş Türkiyənin “Beşiktaş” komandası İngiltərədə “Arsenal” kollektivinin qonağı olacaq. İstanbulda keçirilən ilk görüşdə hesab açılmamışdı. Ona görə İstanbul təmsilçisinə səfərdəki görüşdə qollu bərabərlik də kifayət edir.
Digər oyunda Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdıran Avstriyanın “Zaltsburq” komandası səfərdə İsveçin “Malmö” klubu ilə qarşılaşacaq. İlk görüşdə “Zaltsburq” komandası “Malmö” klubunu 2:1 hesabı ilə məğlub etmişdi.
Bundan başqa, həmin gün “Ludoqorets” (Bolqarıstan) - “Styau” (Rumıniya), “Bayer” (Almaniya) - “Kopenhagen” (Danimarka), “Atletik” (İspaniya) - “Napoli” (İtaliya) komandaları üz-üzə gələcək.
İlk oyunda evdə “Styaua” 1:0, “Bayer” isə səfərdə 3:2 hesabı ilə qələbə qazanmışdı. “Atletik” və “Napoli” komandalarının oyunu isə 1:1 hesabı ilə yekunlaşmışdı.