İDMAN


UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun rəmzi komandası müəyyənləşib

Bakı, 22 oktyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun rəmzi komandası müəyyənləşib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, rəmzi onbirliyə İngiltərə və İspaniya klublarından ümumilikdə altı, Almaniya, Fransa, Niderland, Portuqaliya və Avstriya təmsilçilərinin hərəsindən bir oyunçu düşüb.

Simvolik heyətdə qapıçıdan İvo Qrbiç ("Lill", Fransa), müdafiəçilərdən Jerar Pike, Jordi Alba (hər ikisi - "Batselona", İspaniya), Sebastyan Koates ("Sportinq", Portuqaliya), Deyli Blind ("Ayaks", Niderland), yarımmüdafiəçilərdən Jorjinyo ("Çelsi", İngiltərə), Riyad Mahrez ("Mançester Siti", İngiltərə), Noa Okafor ("Zaltsburq", Avstriya), hücumçulardan Məhəmməd Salah ("Liverpul", İngiltərə), Leroy Sane ("Bavariya", Almaniya), Vinisius Junior ("Real Madrid", İspaniya) yer alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.