İDMAN


UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun statistik göstəriciləri

Bakı, 4 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin oktyabrın 2-də və 3-də keçirilən ikinci turu çərçivəsində oynanılan 16 oyunda qapılara ümumilikdə 49 top vurulub.

AZƏRTAC xəbər verir ki, qollardan 23-ü turun birinci, 26-sı isə ikinci günündə vurulub.

UEFA Çempionlar Liqasının ikinci turunda 8 oyunda meydan sahibləri, beşində isə qonaq komandalar qalib gəliblər. Üç oyunda isə heç-heçə qeydə alınıb.

Oyunlarda futbolçulara 67 sarı və 3 qırmızı vərəqə göstərilib. Yalnız bir oyunda - “Borussiya Dortmunt” – “Monako” matçında 11 metrlik cərimə zərbəsi təyin edilib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunun görüşləri oktyabrın 23-də və 24-də oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.