İDMAN


UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun rəmzi komandası məlum olub

Bakı, 18 sentyabr, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turundan sonra həftənin rəmzi komandası məlum olub.

AZƏRTAC xəbər verir ki, rəmzi heyətdə qapıçı - Mayk Menyan (“Milan”, İtaliya), müdafiəçilər - Joao Kanselo (“Mançester Siti”, İngiltərə), Nikolas Otamendi (“Benfika”, Portuqaliya), Kristiano (“Şerif”, Moldova), Aleks Sandro (“Yuventus”, İtaliya), yarımmüdafiəçilər - Cud Bellingem (“Borussiya”, Dortmund, Almaniya), Cordan Henderson (“Liverpul”, İngiltərə), Kristofer Nkunku (“Leyptsiq”, Almaniya), hücumçular - Sebastyan Haller, Antonio (hər ikisi “Ayaks”, Niderland) və Robert Levandovski (“Bayern”, Almaniya) yer alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.