İDMAN
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk matçlarının ən yaxşı futbolçusu məlum olub
Bakı, 19 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Kilian Mbappe səsvermə nəticəsində həftənin ən yaxşı futbolçusu adına layiq görülüb. İyirmi iki yaşlı fransalı futbolçu komandasının səfərdə “Barselona” klubunu 4:1 hesabı ilə məğlub etdiyi oyunda het-trik edib.
Futbolçu səsvermədə Məhəmməd Salah (“Liverpul”), Erlinq Haaland (“Borussiya Dortmund”) və Serjiu Oliveyranı (“Porto”) qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah komandasının Almaniyanın “Leyptsiq” klubunu 2:0 hesabı ilə məğlub etdiyi səkkizdəbir finalın ilk matçında dubl edib. Erlinq Haaland isə İspaniyada “Sevilya”nı 3:2 hesabı ilə məğlub etdiyi görüşdə eyni sayda qol vurub. S.Oliveyra isə “Yuventus”u 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.