İDMAN


UEFA Çempionlar Liqasının sonuncu mövsümünün ən yaxşı qolu müəyyənləşib

Bakı, 27 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ən yaxşı qolu müəyyən edilib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun dörddəbir finalda “Lion”un qapısına vurduğu top mövsümün ən yaxşı qolu seçilib. Sorğuda iştirak edənlərin 400 mindən çoxu məhz bu qola səs veriblər.

Almaniyanın “Leyptsiq” komandasının yarımmüdafiəçisi Marsel Zabitserin Rusiyanın “Zenit” klubunun qapısına vurduğu top ikinci, “Yuventus”un yarımmüdafiəçisi Xuan Kuadradonun “Atletiko Madrid” ilə oyunda müəllifi olduğu qol isə üçüncü yerə layiq görülüb. “Barselona”nın hücumçusu Luis Suaresin “İnter”in, “Bavariya”nın yarımmüdafiəçisi Serge Qnabrinin “Lion”un qapısından keçirdiyi qollar isə müvafiq olaraq dördüncü və beşinci olub.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün final qarşılaşmasında “Bavariya” klubu “Paris Sen-Jermen”i minimal hesabla məğlubiyyətə uğradaraq altıncı dəfə bu turnirin qalibi adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.