İDMAN


UEFA Çempionlar Liqasının topu ictimaiyyətə təqdim olunub

Bakı, 15 sentyabr, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümündə istifadə olunacaq top ictimaiyyətə təqdim edilib.

AZƏRTAC qurumun saytına istinadla xəbər verir ki, “Adidas” şirkətinə məxsus olan “Finale 20” adlı topun üzərində qırmızı və göy rənglər yer alıb. Top ilk dəfə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu həftə keçiriləcək oyunlarda istifadə olunacaq.

Turnirin qrup mərhələsinin oyunları oktyabrın 20-də, final görüşü isə 2021-ci ilin mayın 29-da İstanbulda oynanılacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” sentyabrın 16-da “AEK Arena”da Norveçin “Molde” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.