İDMAN


UEFA Çempionlar Liqasının üçüncü turuna start verilib

Bakı, 24 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 23-də UEFA Çempionlar Liqasının üçüncü turuna iki oyun ilə start verilib.

AZƏRTAC xəbər verir ki, E qrupunda yer alan Yunanıstanın AEK klubunun komandası doğma meydanda Almaniyanın “Bavariya” komandasını qəbul edib. İlk dəqiqələrdən rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yaradan "Bavariya" bir neçə əlverişli imkanı əldən verib. Fasiləyə qədər hesab dəyişilməyib.

Qarşılaşmanın ikinci hissəsində almanlar hesabı açmağa nail olub. Matçın 61-ci dəqiqəsində Xavyer Martinez adını tabloya yazdırıb - 0:1. Qoldan iki dəqiqə sonra “Bavariya” hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Rafinyanın cinah ötürməsini komandanın əsas qol silahı sayılan Robert Levandovskiy dəqiq zərbə ilə tamamlayıb - 0:2. Qalan dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Turun digər açılış matçında İspaniyanın "Valensiya" klubunun komandası səfərdə İsveçrənin "Yanq Boyz" komandasının qonağı olub. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Meydan sahiblərinin heyətində Goran Hoarau, qonaqların isə Mişi Batşuayi fərqləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.