İDMAN


UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyunu başlayıb

Bakı, 5 avqust, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır. Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edir.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

AEL heyətində meydana Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres və Euller çıxıblar.

“Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.