İDMAN


UEFA Konfrans Liqası: “Aşdod” - “Qarabağ” matçında Ağdam təmsilçisi hesabı açıb

Bakı, 29 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən qarşılaşmada “Aşdod” (İsrail) - “Qarabağ” (Azərbaycan) matçı başlayıb.

AZƏRTAC xəbər verir ki, matçın 5-ci dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç hesabı açmağa nail olub.

"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Patrik Andrade, Toral Bayramov, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç və Ramil Şeydayev yer alıb.

"Aşdod"un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Tom Ben Zaken, Montari Kamaheni, Feras Abu Akal, Oz Bilevi, Yakov Brihon, Martin Rainov, Moussa Baqayokovə və Abdul Muqese Zakaria meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.