İDMAN


UEFA Konfrans Liqası: “Aşdod” - “Qarabağ" matçı üçün heyətlər açıqlanıb

Bakı, 29 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən qarşılaşmada “Aşdod" (İsrail) - “Qarabağ” (Azərbaycan) matçı üçün heyətlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, "Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Patrik Andrade, Toral Bayramov, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç və Ramil Şeydayev yer alıblar.

“Aşdod"un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Tom Ben Zaken, Montari Kamaheni, Feras Abu Akal, Oz Bilevi, Yakov Brihon, Martin Rainov, Moussa Baqayokovə və Abdul Muqese Zakaria meydana çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.