İDMAN


UEFA Konfrans Liqası: “Neftçi” klubu hesab arasındakı fərqi artırıb

Bakı, 28 iyul, AZƏRTAC

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin “Aris” klubu ilə qarşılaşan “Neftçi” hesab arasındakı fərqi artırıb – 2:0.

AZƏRTAC xəbər verir ki, matçın 57-ci dəqiqəsində “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov baxımlı qola imza atıb.

Matçda hesabı Bakı təmsilçisi açıb. Oyunun 38-ci dəqiqəsində “Neftçi”nin qanalı forvardı Qodsvey Donyo fərqlənib.

Qeyd edək ki, Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.