UEFA Konfrans Liqası: “Neftçi” və “Aris” komandalarının start heyətləri müəyyənləşib
AzerTAg.az

Bakı, 28 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində üz-üzə gələcək “Neftçi” (Bakı) və “Aris” (Kipr) komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakıda “Bakcell Arena”da keçiriləcək oyunda “Neftçi”nin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval yer alıblar.
Kipr təmsilçisinin heyətində isə meydana Vana, Kaju, Leo Benqtsson, Morqan Braun, Delmiro Evora Naskimento, Artur Yannik Qomis, Stiv Yaqo, Mixlali Mayambela, Martin Sloqar, Frants Brorsson və Yulius Syoke çıxacaqlar.
Qeyd edək ki, “Neftçi” – “Aris” matçı saat 21:00-da başlayacaq. Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub.
Xəbərin mətnində orfoqrafik səhv var