İDMAN


UEFA Konfrans Liqası: “Qarabağ” – “Kayrat” komandalarının start heyətləri açıqlanıb

Bakı, 21 oktyabr, İlyas Zeynallı, AZƏRTAC

Oktyabrın 21-də UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində üz-üzə gələcək Ağdamın “Qarabağ” və Qazaxıstanın “Kayrat” komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Tural Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxacaqlar.

“Kayrat” klubunun ilk onbirliyində isə Stas Pokatilov, Yan Voroqovski, Nurali Alip, Rade Duqaliç, Maki Baqnak, Dino Mikanoviç, Rikardo Alves, Denis Polyakov, Neboyşa Kosoviç, Joao Paulo və Jose Kante yer alıblar.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə üzündən görüşü buraxmalı olacaqlar. Qonaq komandanın heyətində bombardir Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaqlar.

Qeyd edək ki, hazırda “Qarabağ” 4 xalla H qrupuna liderlik edir. Ağdam təmsilçisi ilə eyni xala malik “Bazel” ikinci, 1 xalı olan “Kayrat” və “Omoniya” isə 3-4-cü pillələrdə qərarlaşıblar. Bu qrupun digər oyununda Kiprin “Omoniya” klubu İsveçrədə “Bazel” komandasının qonağı olacaq.

Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.