İDMAN


UEFA Konfrans Liqası: “Qarabağ” - “Omoniya” matçı heç-heçə ilə bitib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasıni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsindən hesabı açıb. Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib. Qarşılaşmanın 49-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Oyunun 88-ci dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade fərqlənsə də qonaq komanda 90-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Beləliklə, "Qarabağ" - "Omoniya" matçında qalib müəyyənləşməyib - 2:2.

Oyunu danimarkalı FIFA referisi Morten Krox idarə edib.

Qrupun digər matçında isə İsveçrənin "Bazel" klubu səfərdə "Kayrat"ı 3:2 hesabı ilə məğlub edib.

Hazırda "Bazel" klubu 11 xalla birinci pillədə qərarlaşıb. Onunla eyni xala malik olan "Qarabağ" ikincidir. 3 xalı olan "Omoniya" üçüncü, 1 xalı olan "Kayrat" isə qrupda sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.