İDMAN
UEFA Konfrans Liqası: “Qarabağ” birinci pillədə yer alıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakıda Qazaxıstanın “Kayrat” komandasını 2:1 hesabı ilə məğlub edən “Qarabağ” ən çox topla oynayan komandadır. Ağdam təmsilçisi 64 faizlik topa sahib olma ilə bu göstəricidə liderdir. Qurban Qurbanovun yetirmələrinin “Kayrat”la oyundakı topa sahib olma faizi də kifayət qədər diqqət çəkən olub – 71-29.
“Qarabağ” H qrupunda 7 xalla ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi növbəti turda səfərdə “Kayrat” ilə qarşılaşacaq. Oyun noyabrın 4-də təşkil olunacaq.