İDMAN


UEFA Konfrans Liqası: “Qəbələ” və “Fehervar” komandalarının start heyətləri açıqlanıb

Bakı, 28 iyul, AZƏRTAC

“Qəbələ” futbol klubu ilə “Fehervar” (Macarıstan) arasında keçiriləcək UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu üçün komandaların start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin start heyətində Səlahət Ağayev, İlkin Qırtımov, Ruan Renato, İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Omar Hani, Asif Məmmədov, Rafael Utziq, Məqsəd İsayev və Felipe Santos yer alıblar.

“Fehervar”ın heyətində isə meydana Daniel Kovaç, Attila Fiola, Yevgeni Makarenko, Budu Zivzivadze, Loik Neqo, Artyom Şabanov, Stopira, Pal Darda, Nikola Serafimov, Marsel Heyster və Klaudiu Bumba çıxacaqlar.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Macarıstanda oynanılan ilk matçda “Qəbələ” 1:4 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.