İDMAN
UEFA Konfrans Liqası: “Rapid” və “Neftçi” klublarının start heyətləri müəyyənləşib
Bakı, 11 avqust, AZƏRTAC
Bu gün Vyanada UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda qarşılaşacaq Avstriyanın “Rapid” və paytaxtın “Neftçi” klublarının start heyətləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Bakı təmsilçisinin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Voislav Stankoviç, Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber, Qodsvey Donyo, Kenni Sayef və Yusuf Laval yer alacaqlar.
“Rapid”in heyətində isə meydana Niklas Hedl, Kevin Vimmer, Nikolas Gerrit-Kün, Torsten Şik, Maksimimilan Hofmann, Martin Kostselnik, Patrik Qrayl, Marko Qrüll, Ante Bayiç, Nikolas Satlberger və Qvido Burqştaller çıxacaqlar.
Qeyd edək ki, Avstriyadakı “Alyans” stadionunda keçiriləcək “Rapid”–“Neftçi” matçı saat 22:30-da start götürəcək.
Səfər qarşılaşmasını norveçli hakim Rohit Saqqi idarə edəcək. Ona yan xətt hakimləri Qeyr İsaksen, Morten Yensen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sivert Öksnes Amland yerinə yetirəcək.