İDMAN


UEFA Konfrans Liqası: “Roma” səfərdə darmadağın oldu

Bakı, 22 oktyabr, AZƏRTAC

UEFA Konfrans Liqasının qrup mərhələsində III tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” öz meydanında Qazaxıstanın “Kayrat” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunda qonaq komanda 1:0 hesabı ilə irəlidədir. "Kayrat"ın qolunu 19-cu dəqiqədə onbir metrlik cərimə zərbəsindən Jose Kantə vurub.

Matçın 79-cu dəqiqəsində Ramil Şeydayev rəqibin cərimə meydançasında yaranmış qarışıqlıqdan istifadə edərək hesabı bərabərləşdirməyə nail olub.

Hücumların kəsərin artıran ağdamlılar qələbə topunu vurmağa nail olub. Görüşün 90+1-ci dəqiqəsində Abbas Hüseynov sağ cınahdan uzaq küncü dəqiq nişan alaraq komandasının ikinci qolunu vurub.

Beləliklə, "Qarabağ" öz meydanın möhtəşəm geri dönüş edərək "Kayrat"ı 2:1 hesabı ilə məğlub edib.

"Qarabağ"ın yer aldığı H qrupunun digər oyununda "Bazel" İsveçrədə Kiprin "Omoniya" komandasını sınağa çəkib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qalibiyyətdən sonra xallarını 7-yə çatdıran "Bazel" ilk pilləyə yüksəlib. "Qarabağ"la eyni xala malik komanda yalnız topların nisbətinə görə Ağdam təmsilçisini qabaqlayır. "Omoniya" isə 1 xalla sonuncu sırada qalıb.

Turun gözlənilməz hesabı C qrupunda yer alan "Roma" (İtaliya) və "Budyo Qlimt" (Norveç) komandaların arasında qeydə alınıb. Görüş norveçlilərin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərənin "Tottenhem" klubu Niderlandda "Vitess" klubuna minimal hedabla uduzub - 1:0.

Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

HİK (Finlandiya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 0:5;

"Alaşkert" (Ermənistan) - LASK (Avstriya) - 0:3.

Qrupdakı vəziyyət: "Makkabi" - 7, LASK - 7, HİK - 3, "Alaşkert" - 0.

B qrupu

"Anortosis" (Kipr) - "Flora" (Estoniya) - 2:2;

"Partizan" (Serbiya) - "Gent" (Belçika) - 0:1.

Qrupdakı vəziyyət: "Partizan" - 6, "Gent" - 6, "Flora" - 1 (3 oyuna), "Anortosis" - 1 (3).

C qrupu

"Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya) - 6:1;

"MOİK-Sofiya" (Bolqarıstan) - "Zarya" (Luqansk, Ukrayna) - 0:1.

Qrupdakı vəziyyət: "Budyo Qlimt" - 7 (3 oyuna), "Roma" - 6 (3), "MOİK-Sofiya" - 1. "Zarya" - 0.

D qrupu

ÇFR (Kluj, Rumıniya) - AZ (Niderland) - 0:1;

"Yablonets" (Çexiya) - "Randers" (Danimarka) - 2:2.

Qrupdakı vəziyyət: AZ - 4, "Yablonets" - 3, "Randers" - 2, , ÇFR - 1.

E qrupu

"Feyenoord" (Niderland) - "Union Berlin" (Almaniya) - 3:1;

"Makkabi" (Hayfa, İsrail) - "Slaviya" (Praqa, Çexiya) - 1:0.

Qrupdakı vəziyyət: "Feyenoord" - 7,"Makkabi" - 4, "Slaviya" - 3, "Union Berlin" - 3.

F qrupu

"Kopenhagen" (Danimarka) - PAOK (Yunanıstan) - 1:2;

"Slovan" (Bratislava, Slovakiya) - "Linkoln" (Cəbəllütariq) - 2:0.

Qrupdakı vəziyyət: PAOK - 7 (3 oyuna), "Kopenhagen" - 6 (3), "Slovan" - 1, "Linkoln" - 0.

G qrupu

"Vitess" (Niderland) - "Tottenhem" (İngiltərə) - 1:0

"Mura" (Sloveniya) - "Renn" (Fransa) - 1:2

Qrupdakı vəziyyət: "Renn" - 7, "Vitess" - 6, "Tottenhem" - 4, "Mura" - 0.

H qrupu

"QARABAĞ" (AZƏRBAYCAN) - "Kayrat" (Qazaxıstan) - 2:1;

23:00. "Bazel" (İsveçrə) - "Omoniya" (Kipr) - 3:1.

Qrupdakı vəziyyət: "Qarabağ" - 7 (3 oyuna), "Bazel" - 4, "Omoniya" - 1, "Kayrat" - 1 (3).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.