İDMAN


UEFA Konfrans Liqası: “Zirə” klubu cavab oyununa çıxıb

Bakı, 28 iyul, AZƏRTAC

İsraildə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Makkabi” (Təl-Əviv) - “Zirə” oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılan matçda “Makkabi”nin start heyətində Daniel Perets, Enrix Saborit, İdan Naxmias, Yoris van Overeem, Qavriel Kaniçovski, Brendli Kuvas, Şeran Yeyni, Eyal Qolasa, Andre Geraldes, Matan Hozez və Corce Yovanoviç yer alıblar.

“Zirə”nin heyətində isə meydana Mehdi Cənnətov, İlkin Muradov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Hamidu Keyta, Slavik Alxasov, Hacıağa Hacılı, Nemanya Ancelkoviç, Qismət Alıyev, Dmitrios Çantakias və Coşqun Diniyev çıxıblar.

Qarşılaşmanı Xorvatiyadan olan baş hakim Mario Zebets idarə edir.

Komandalar arasında Bakıda keçirilən ilk oyunda İsrail təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.