İDMAN


UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyunu başlayıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə üçüncü oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, millimiz Kipr yığması ilə qarşılaşır. Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçirilir.

Komandamız Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq oyuna qara sarğı ilə çıxıb.

Azərbaycan millisinin heyətində meydana Şahrudin Məhəmmədliyev, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Abbas Hüseynov, Azər Salahlı, Anton Krivotsyuk, Qara Qarayev, İsmayıl İbrahimli, Ramil Şeydayev, Rəhim Sadıxov və Vüqar Mustafayev çıxıblar.

Kipr komandasının ilk onbirliyində isə Dimitris Dimitriou, Xristos Uiler, Konstantinos Laifis, Andreas Karo, Minas Antoniu, Qriqoris Kastanos, Kostakis Artimatas, Xaralambos Kiriaku, Marinos Tzionis, Dmitris Kristofi və Pieros Sotiryu yer alıblar.

Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Fran Yoviçdir. Ona İviça Modriç və Hrvoje Radiç kömək edirlər. Dördüncü hakim funksiyasını Mario Zebec yerinə yetirir.

Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib - 1:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.