İDMAN


UEFA Millətlər Liqası: Azərbaycan millisi Qazaxıstan yığmasını məğlub edib

Bakı, 25 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununda qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edib.

"Dalğa Arena"da oynanılan qarşılaşmada millimiz 3:0 hesablı qələbə qazanıb.

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqləniblər. Digər qola Qazaxıstan futbolçusu Aleksandr Maroçkin avtoqolla imza atıb.

On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 10 xalla 2-ci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.