İDMAN


UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupu ikinci pillədə başa vurub

Bakı, 21 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 20-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, D liqasında 3-cü qrupunda yer alan millimiz səfərdə Kosovo yığması ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub. Yığma komandamızın qapısından qolları Zeneli (het-trik) və Rrahmani keçiriblər.

Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev,

Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxıblar.

Kosovo yığmasının start heyətində isə Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova yer alıblar.

Oyunu fransalı hakimlər briqadası idarə ediblər.

Bu məğlubiyyətdən sonra Azərbaycan millisi 8 xalla qrupda ikinci pilləni tutub. Kosovo yığması isə 14 xal toplayaraq qrupu birinci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.