İDMAN


UEFA Millətlər Liqası ali divizionunda iştirakçıların sayını artıra bilər

Bakı, 24 sentyabr, AZƏRTAC

Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Millətlər Liqası ali divizionunda iştirakçıların sayını artıra bilər. Bu barədə “qazeta.ru” portalı AP agentliyinə istinadla xəbər yayıb.

AZƏRTAC xəbər verir ki, turnirin ali divizionu 12 komandadan 16-dək genişləndirilə və yığmalar hərəyə 4 komanda olmaqla 4 qrupa bölünə bilər.

Millətlər Liqasının birinci mövsümündə A divizionu hərəyə 3 komanda olmaqla 4 qrupdan ibarət olub. Qrup qalibləri yarımfinala çıxıblar. Turnirin qalibi Portuqaliya komandası olub. Niderland və İngiltərə yığmaları müvafiq olaraq, ikinci və üçüncü yeri tutublar. Qruplarda üçüncü yeri tutan komandalar B liqasına keçiblər.

AP agentliyinin məlumatına görə, UEFA üzvləri formata dəyişiklik olunmasını xahiş ediblər. Onlar Millətlər Liqasının 4 oyunu əvəzinə 6 oyun təşkil etmək və yoldaşlıq oyunlarını keçirməmək arzularını bəyan ediblər. Dəyişikliklər UEFA İcraiyyə Komitəsinin Lyublyanada bu günə nəzərdə tutulan iclasında müzakirə ediləcək.

Millətlər Liqasının 2018/2019-cu il mövsümündə 55 yığma iştirak edib. Komandalar A-dan (ən güclü) D-yədək (ən zəif) 4 liqa üzrə bölüşdürülüb. Hər liqada iştirakçılar qruplara ayrılıb. Bu qruplarda turnir iki dövrədə keçirilib. A liqasındakı qrup qalibləri yarımfinala çıxıb və əsas mükafat uğrunda mübarizə aparıblar. Digər liqalardakı qrup qalibləri yuxarı dərəcələrə, sonuncu yerləri tutan komandalar isə aşağı dərəcələrə aid ediliblər. Bundan başqa, Millətlər Liqasının qrup divizionlarının qalibləri 2020-ci il Avropa çempionatının final mərhələsində iştirak uğrunda mübarizə aparmaq imkanı qazanacaqlar. Əks halda seçmə kampaniyası zamanı onlar üçün ayrıca təsnifat turniri təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.