İDMAN


UEFA Millətlər Liqasının “Dördlər finalı”nın ən baxımlı qolu müəyyənləşib

Bakı, 13 oktyabr, AZƏRTAC

UEFA Millətlər Liqasının Milanda keçirilən “Dördlər finalı”nın ən baxımlı qolu müəyyənləşib.

AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, ən baxımlı qola Fransa millisinin 33 yaşlı hücumçusu Kərim Benzema final matçında imza atıb.

Xatırladaq ki, həmin qolu Benzema Fransa – İspaniya (3:2) matçının 66-cı dəqiqəsində vurub. Benzemanın müəllifi olduğu qoldan sonra hesab bərabərləşib – 2:2. Finalda Fransaya qələbə qazandıran qolu isə 80-ci dəqiqədə Kilian Mbappe vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.